AZ

Paytaxtda təhlükə saçan "Kamaz"- 10-MH-316

Paytaxtda təhlükə saçan yük maşını görüntülənib. 


Avtosfer.az xəbər verir ki, bu barədə foto Buzovna-Maştağa yolunda qeydə alınıb.
Belə ki, 10-MH-316 qeydiyyat nişanlı "Kamaz"markalı yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsinin yük yerinə daş-kəsək yükləyib.

Lakin yük yerinin qapısını bağlamadan yollarda hərəkətdə olub. Bu da digər hərəkət iştirakçılarını təhlükəyə atıb. Hər hansı daş avtomobillərinin önünə düşə, ciddi qəzaya səbəb ola bilərdi. 


Qeyd edək ki, bu kimi qəzalar dəfələrlə baş verərək insanlarının ölüm və xəsarət almasına səbəb olub.

Məhəbbət 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
12
Mənbələr
Şərh ()
Bağla