AZ

Stomatoloji poliklinika barəsində inzibati protokol tərtib edildi

Şəmkir Rayon Təsərrüfat Hesablı Stomatoloji Poliklinikaya inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Şəmkir Rayon Məhkəməsinin hakimi Taleh Musayevin icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 6 May 2024, 08:33   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla