AZ

Azərbaycanlı qızın dünya macəraları - Tanış olduğu hər yerdə ölkəmizi TANIDIR- VİDEO

Azərbaycanlı qızın dünya macəraları - Tanış olduğu hər yerdə ölkəmizi TANIDIR- VİDEO

5 çantasını və musiqi alətini götürüb yola düşür. Səfər əsnasında bir çox yeni insan ilə tanış olub. Fərqli dünyaların qapılarını açır. O cümlədən xarici səyahətçilər də ölkəmizi tanıdır. Söhbət burada uzaq ölkələrə səyahət edən Ahu Kamranlıdan gedir.

Sonxeber.az xəbər verir ki, sözügedən səyyah "İTV Xəbər Yekun"a danışıb:

"Getdiyim hər ailədə, tanış olduğum xarici dostlarıma öz çayımızı daddırmaq istəyirəm. Çox vaxt onların xoşlarına gəlir. Çox istəyərdim ki, başqa yeməklərimizi, təamlarımızdan gəzdirim. Amma əfsuslar olsun ki, çantam onsuzda ağırdır. Özümlə çox ağır bir şey gəzdirə bilmirəm".

Ahu Kamranlının sözlərinə görə, daha çox ölkəmizin tarixini, gözəl yerlərini, ənənələrini tanıtmağa və təqdim etməyə çalışır :

" Səyyahlara və səyahətçilərə daha çox bunlar maraqlıdır. Məndən sonra hamısı açır və xəritəyə baxırlar. Bir çoxu təəssüf ki, Azərbaycanın harada olduğunu bilmirlər. Onlara ölkəmizi kəşf etdirirəm. Dərin məlumatlar verirəm və onlara bu ölkəyə getmələri üçün onlarda bir həvəs yaradıram".

Ətraflı "İTV Xəbər Yekun"un süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla