AZ

Belarus Xarici İşlər Nazirliyi: Ukrayna ilə bağlı danışıqlar üçün ölkənin qapıları açıqdır » AzadMedia.az


Belarusun öz ərazisində Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün qapıları açıqdır, hər şey Kiyevin siyasi iradəsindən asılıdır.
Azadmedia az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Aleynik RİA Novosti-yə müsahibəsində bildirib.

"Biz Belarus torpağında danışıqlara ev sahibliyi etməyə həmişə hazır olacağıq, ümid edirik ki, bu, sülhün bərpasına və Ukraynada qan tökülməsinə son qoyulmasına kömək edəcək", - diplomat vurğulayıb.
Eyni zamanda o qeyd edib ki, Minsk “Ukrayna rəhbərliyinin siyasi iradəsinə arxalanacaq”.
Daha əvvəl Belarus Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, İsveçrənin Ukrayna üzrə danışıqlar təşəbbüsü heç bir məna kəsb etmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla