AZ

“Səbail” “Qəbələ”yə qarşı

Azərbaycan Premyer Liqasında XXXIII tur bu gün başa çatır.

Msport.az xəbər verir ki, son olaraq “Qəbələ” “Səbail”in qonağı olacaq.

Matç saat 19:00-da başlayacaq. “Dənizçilər” 32 oyundan sonra 42 xalla 6-cı, “qırmızı qaralar” 17 xalla sonuncu-onuncu pillədədir. “Qəbələ”nin mövsümü sonuncu sırada başa vuracağı dəqiqləşib.

Azərbaycan Premyer Liqası

XXXIII tur

19:00. “Səbail”– “Qəbələ”
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Namiq Əliyev
“ASCO Arena”

Qeyd edək ki, XXXIII turda “Qarabağ” “Neftçi”ni (5:0), “Zirə” “Turan Tovuz”u (2:1), “Sabah” isə “Araz-Naxçıvan”ı (1:0) məğlub edib. “Kəpəz” – “Sumqayıt” qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
7
Mənbələr
Şərh ()
Bağla