AZ

Ramilin erkən əvəzlənməsi zəif oyunu ilə bağlı imiş

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” Türkiyə I Liqasının 33-cü turunda səfərdə “Bodrumspor”a 0:3 hesabı ilə məğlub olub.

Futbolinfo.az xəbər verir ki, start heyətində meydana daxil olan həmyerlimiz birinci hissənin son dəqiqələrində əvəzlənib.

28 yaşlı forvardın fasilədən əvvəl dəyişdirilməsinin səbəbi müəyyənləşib. Türkiyə mətbuatı bunun zədə ilə bağlı olmadığını yazıb. Bildirilib ki, komanda 2 top fərqi ilə geridə olduğundan, məşqçilər korpusu vaxt itirmədən dəyişikliyə gedib.

Həmin ana qədər komandanın ən zəifi isə məhz Şeydayev olduğundan, onun yerinə xorvatiyalı Yosip Vukoviç meydana daxil olub. Təsadüfi deyil ki, yığmamızın üzvünün 44 dəqiqəlik mübarizəsi bir ulduzla qiymətləndirilib.

Qeyd edək ki, “Kocaelispor” hazırda 55 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla