AZ

Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir

Dünyanın ən varlı adamlarından biri, amerikalı milyarder Uorren Baffet süni intellektlə bağlı həyəcan təbili çalaraq, onun inkişafının fırıldaqçılığı artırdığını, fırıldaqları həmişəkindən daha inandırıcı etdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə “Business Insider” yazıb.

Məşhur investor və “Berkshire” şirkətinin baş direktoru şənbə günü şirkətin səhmdarlarının illik yığıncağında deyib: "Fırıldaq həmişə Amerika həyatının bir hissəsi olub".

Baffetin sözlərinə görə, süni intellektdən istifadə edilməklə yaradılmış şəkillər və videolar o qədər inandırıcı olub ki, onların real olub-olmadığını müəyyən etmək demək olar ki, mümkün deyil.

"İnsanları aldatma imkanları haqqında düşünəndə... fırıldaqçılıqla maraqlansaydım, bu, bütün zamanların ən sürətlə inkişaf edən sənayesi olardı", - milyarder deyib.

Milyarder fırıldaqçının tanımadığı şəxslərdən nağd pul istəmək üçün istifadə etdiyi saxta videonu gördüyünü xatırladıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
4
Mənbələr
Şərh ()
Bağla