AZ

Məşhur amerikan aktyor və prodüser “Lids”in ortaq sahibi oldu

Amerikan aktyor, komediyaçı və prodüser Uill Ferrell İngiltərə Çempionşipində çıxış edən “Lids” klubunun səhm payını alıb.

Arena.az bu barədə “The Sun” dərgisinə istinadən məlumat verir.

Mənbə Ferrelin payının ölçüsünü dəqiqləşdirməsə də, onun “əhəmiyyətli” olduğunu qeyd edir. Bu müqavilə tezliklə rəsmi olaraq elan edilməlidir. 56 yaşlı aktyorun böyük futbol azarkeşi olduğu və stadionu ziyarəti səbirsizliklə gözlədiyi vurğulanır.

Ferrelin xalis sərvəti 127 milyon funt-sterlinq (148 milyon avro) olaraq qiymətləndirilir. Aktyor həm də MLS təmsilçisi “Los-Anceles”in ortaq sahibidir.

Xatırladaq ki, Çempionşipin cari mövsümünün yekunlarına əsasən, “Lids” 90 xal toplayaraq yarış cədvəlini 3-cü yerdə başa vurub. Hazırda “tovuzquşular” İngiltərə Premyer Liqasına yüksəlmək üçün ələmə oyunlarında iştirak etməyə hazırlaşır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla