AZ

Avropa çempionatında 3 qızıl və 2 gümüş medal - FOTO

İsveçin paytaxtı Stokholmda uşu-sanda üzrə Avropa çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışı 3 qızıl və 2 gümüş medalla başa vurub.

Böyük məşqçi Barətdin Səlimovun rəhbərlik etdiyi komandada gənclər arasında Amin Əlilli (60 kq) və Həmzə Rəsulzadə (65 kq) bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu olub. Finalda uduzan Elçin Muradov (52 kq) gümüş medala sahib çıxıb.

Böyüklərin mübarizəsində Orxan Hətəmov (48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ruslan Pirəliyev (70 kq) isə qitə birinciliyini gümüş medalla başa vurub.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla