AZ

"Burda çoxlu ölü var" deyib, qəbiristanlığa ambulans çağırdılar

Türkiyənin Ədirnə şəhərində 112 qaynar xəttinə son üç ayda gələn zənglərin 58 faizi lazımsız hesab edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ədirnə Jandarma Xidməti məlumat yayıb. 

Qeyd olunub ki, vətəndaşlar çağrı mərkəzinə lazımsız zənglər edir. Onlardan sonuncusu qəbiristanlığa ambulans çağırıb. 

Belə ki, qəbiristanlığa gedən bir qrup şəxs 112-yə zəng edərək "Burada çoxlu ölü var", - deyə xəbərdarlıq edib. Təcili yardım qrupları əraziyə gedərkən bunun "zarafat" olduğunu başa düşüblər. 

Bundan əlavə, insanların 112-yə zəng edərək dönər sifarişi verdikləri və s. kimi məlumatlar da daxil olub. 

Sözügedən şəxslər haqqında 1980 TL pul cəzası tətbiq edilib. 

Ağarza Elçinoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
22
Mənbələr
Şərh ()
Bağla