AZ

Bakıda toydan çıxan qadınları maşın vurdu: Ölən var

Bakı. Trend:

Paytaxtın Nizami rayonunda piyadaların vurulması ilə nəticələnənqəza hadisəsi baş verib.

Trend xəbər verir ki, ötən gün gecə saatlarında Bəkir Çobanzadəküçəsində qeydə alınan qəza nəticəsində avtomobilin vurduğupiyadalardan biri ölüb.

1959-cu il təvəllüdlü Kəmalə Həmid qızı Bağırova və 1961-ci iltəvəllüdlü Gülarə Oktay qızı Əfəndiyeva şadlıq evindən çıxaraqyolun əks tərəfinə keçmək istəyiblər. Həmin vaxt onları KIA markalıavtomobil vurub.

Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirsələrdə Gülarə Əfəndiyeva həkimlərin səyinə baxmayaraq, dünyasınıdəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
19
Mənbələr
Şərh ()
Bağla