AZ

Kolumbiya prezidenti: "İsraillə diplomatik əlaqələr kəsilməlidir"

"Soyqırımın baş verdiyi bir yerdə münasibətləri kəsməmək, heç bir düzgün insanın qəbul edə biləcəyi vəziyyət deyil. İnsanlığa qarşı cinayət törədilir və hamımız insanıq”. 

Bunu Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabında müxalifətin İsraillə diplomatik əlaqələrinin kəsilməsi ilə bağlı tənqidlərinə cavabında bildirib.

Qeyd edək ki, Kolumbiya mayın 3-də Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri kəsdiyini rəsmən açıqlayıb.

Hökumətin İsraillə bağlı qərarı keçmiş prezidentlər İvan Duke və Xuan Manuel Santos tərəfindən “sərt şəkildə” tənqid edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla