AZ

Buraxılış imtahanlarından narazı qalan 11-cilərə DİM-dən XƏBƏR VAR

Dövlət İmtahan Mərkəzi (DİM) 11-ci sinif buraxılış imtahanlarının nəticələrindən narazı qaıan abituriyentlərlə bağlı açıqlama verib.

DİM-dən Modern.az-a bildirilib ki, hazırda 11-ci sinif buraxılış imtahanlarının nəticələri ilə bağlı abituriyentlərin müraciətləri araşdırılma mərhələsindədir.

“3 və 10 martda keçirilmiş imtahanlar üzrə apellyasiyanın nəticələrinin eyni vaxtda – mayın 24-dək elan edilməsi nəzərdə tutulub.

Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

-Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

-Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

-Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir”.


 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
3
Mənbələr
Şərh ()
Bağla