AZ

İsveçdə Avroviziya etirazı


İsveç Xarici İşlər Nazirliyinin qarşısına toplaşan yüzlərlə insan Malmödə keçiriləcək Eurovision Mahnı Müsabiqəsində İsrailin boykot edilməsini tələb edib.

Ednews sozcu.com-a istinadən xəbər verir ki, burada edilən açıqlamada İsrailin Eurovision Mahnı Müsabiqəsində iştirakına görə mayın 11-də Malmödə iki böyük nümayişin keçiriləcəyi və nümayişə Avropanın müxtəlif şəhərlərindən Fələstini dəstəkləyən minlərlə fəalın qatılacağı açıqlanıb.

Açıqlamada “Rusiyanın ötən il Rusiya-Ukrayna müharibəsinə görə təşkilatdan kənarlaşdırıldığı, lakin bu il soyqırım törədən İsrailin təşkilata daxil edilməsinin ikiüzlülük olduğu” vurğulanıb.

İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, Malmö Polis İdarəsinin sözçüsü Nils Norling şəhərə 100 min nümayişçinin gələcəyini təxmin etdiklərini bildirib.

Nümayişlər zamanı hər hansı insidentin qarşısını almaq üçün geniş təhlükəsizlik tədbirləri görəcəklərini ifadə edən Norling, Norveç və Danimarkadan polis qruplarının dəstək üçün Malmöyə gələcəyini bildirib.

Mayın 2-də Avropa Yayım Birliyi (EBU) da mayın 11-də keçiriləcək Eurovision Mahnı Müsabiqəsində Fələstin bayrağı ilə qonaqların buraxılmayacağını açıqlamışdı.

 

Xəyal Ramiz 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla