AZ

Hərbi təlimlər BAŞLADI: Müharibə OLACAQ? - ŞƏRH

Hərbi təlimlər BAŞLADI: Müharibə OLACAQ? - ŞƏRH

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, hərbi hissələrdə bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb. Bəs sözügedən təlimlər keçirilməsi nə ilə bağlıdır? Müharibə tühlükəsi gözləniləndir?

Mövzu ilıə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Tərlan Eyvazov deyib ki, sözügedən təlimlərin keçirilməsində heç bir qeyri-adi vəziyyət yaxud müharibə təhlükəsi yoxdur:

"Son 10 ildə əvvəlki dövrlərə nisbətən belə mütəmadi toplantılar keçirilir. Bu həm Vətən müharibəsindən əvvəl, həm də sonda olub. Müvafiq olaraq ötən il antiterror əməliyyatlarından əvvəldə belə toplanışlar oldu. Ümumən ildə bir yaxud iki dəfə ehtiyatda olan hərbçilərin toplantıya çağıraraq onların vərdişlərinin bir daha yada salınması və mükəmməlləşdirilməsi məqsədi daşıyır. Yəni burada hansısa müharibə təhlükəsi yoxdur. Belə işlər hələ sovet dövründə olarkən mütəmadi qaydada aparılıb. Ehtiyatda olan hərbçilər bütün kateqoriyalar üzrə müvafiq qaydada yerli səfərbərlik idarələri tərəfindən müdafiə nazirinin verdiyi qaydalara uyğun olaraq cəlb olunur. Hərbi hissələrdə onlar tam təminatlı və qısa müddətə təlimlər keçirir. Burada heç bir qeyri-adi vəziyyət yoxdur".

Qeyd edək ki, Ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, eləcə də bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla