AZ

Çiyələk əkini tarixə qovuşa bilər – SƏBƏB NƏDİR? - VİDEO

Çiyələk əkini tarixə qovuşa bilər – SƏBƏB NƏDİR? - VİDEO

Sabirabad çiyələyi təbii yetişdirildiyinə görə tam keyfiyyətli hesab olunur. Yığım müddətidə qısadır. Təqribən 20-25 gün ərzində məhsul yığılır və tamamlanır.

Hazırda Sabirabadın Həkimxanlı kəndində çiyələk yığımı davam edir. Çiyələk əsasən bu kənddə açıq sahədə, kiçik təsərüfatlarda yetişdirilir. Eldəniz, Viktoriya, Nataşa sortlarına burada daha çox üstünlük verilir. Sentyabr ayında əkilən çiçələk aprel ayının sonlarından yığılmağa başlayıb. Onun yetişdirilməsinə isə kifayət qədər zəhmət sərf olunur. Amma indiki qiymətlər çəkilən zəhmətə, xərcə uyğun gəlmir.

Sonxeber.az xəbər verir ki, bu sahə ilə məşğul olan şəxslər problem ilə bağlı "Aztv Xəbər"ə danışıb:

"8 ayda bu çiyələyin içərisindən çıxmırsan. Üzərində çox əziyyət çəkirik. İndi isə çiyələklər "dondurma" kimi əriyir və artıq qalmır. Məcburuq ki bunları verək. 1 gündə satsan problem olmayacaq. Amma qaldısa məhv olur".

Toplanan məhsul əsasən kənd bazarında satılır. Çiyələk almaq istəyən isə bu bazara üz tutur.

"Öz kəndimizin məhsuludur. Dərmanlanmış mal deyil. Satış 2-3 manat olur. Yağış və leysan olanda çiyələklərimiz məhv olur. İndi hələ yavaş-yavaş özünə gəlib".

Belə vəziyyət son illərdə təkrar olunduğundan, Sabirabadda çiyələk yetişdirmək ənənəsi artıq sıradan çıxmaq üzrədir. Bu işlə məşğul olanların sayı isə azalır.

Ətraflı "Aztv Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla