AZ

Yurgen Klopp: “Mən daha belə davam edə bilmirəm”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda “qırmızılar”ın baş məşqçisi vəzifəsini tərk etmək qərarını əsaslandırıb.

Arena.az “Sky Sports”a istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Son bir neçə həftə ərzində komandanın səmərəsi zəif idi, buna görə də bir çox insan bütün bunlardan çox yorulduğumu söyləməyə başladılar. Bunu belə deyim: mən sadəcə qocalmışam. Amma son günə qədər işimdə yüz faizlik iştiraka davam edəcəyəm.

Əminəm ki, bu qərarı verməsəydim, növbəti mövsümdə hər şey artıq daha da mürəkkəbləşə bilərdi. Mövsümöncəsi məşq etməli olduğum üsul məni bu vacib qərara sövq etdi. Bu iş üçün güc-qüvvə ilə dolu olmaq gərəkdir, amma 80% hazırlıq kifayət deyil. Siz 24/7 işdə olmalısınız ki, mən bunu uzun müddət etdim. Amma mən daha “Liverpul” üçün gərək olan səviyyədə davam edə bilmirəm”, deyə Klopp etiraf edib.

Xatırladaq ki, bu il yanvar ayının sonunda Yurgen Klopp cari mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlamışdı.

56 yaşlı məşqçi “Liverpul”u 2015-ci il oktyabrın 8-dən çalışdırır. Bu müddət ərzində alman mütəxəssis “qırmızılar”la 8 kubok qazanıb. Kloppun rəhbərliyi altında “qırmızılar” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıblar.

“Liverpul” Klopun rəhbərliyi altında 487 oyuna çıxıb. “Qırmızılar” bu oyunlarda 303 qələbə qazanıblar, 99 heç-heçə ediblər, 85 oyunda isə məğlubiyyətə üzülüblər. Topların fərqi isə 1083:547 nisbətindədir.

Hazırda Yurgen Klpopun “Liverpul”u İngiltərə Premyer Liqasının yarış cədvəlində 36 oyundan 78 xalla 3-cü pillədə qərarlaşıb. Güman ki, “qırmızılar” mövsümü elə, bürünc medalla da başa vuracaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla