AZ

İtaliyada da tələbələr Fələstinə dəstək üçün çadırlar qurublar


İtaliyada tələbələr Fələstinə dəstək və həmrəylik məqsədilə Bolonya Universitetinin rektorluq binası qarşısında çadırlar qurublar.

Ednews trthaber-ə istinadən xəbər verir ki, İsrailin Qəzzada əhaliyə qarşı hücumlarına qarşı xüsusilə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrinin kampuslarında tələbələrin çadırlar quraraq təşkil etdiyi etirazlara İtalyan tələbələr də qatılıb.

Boloniya Universitetində təhsil alan bir qrup tələbə bu gün rektorluq binası qarşısındakı Skaravilli meydanında 20-yə yaxın çadır qurub.

Tələbələr çadırlarına Fələstin bayraqları və “Tələbələr İntifadası” yazılmış pankart asaraq, İtaliyadakı digər universitetləri də onlara əməl etməyə çağırıblar.

Son zamanlar ölkənin müxtəlif şəhərlərindəki bir çox universitetin tələbələri Qəzzaya hücumları səbəbindən məktəblərin İsraillə elmi əməkdaşlıq müqavilələrinin dayandırılmasına etiraz edirlər.

 

Xəyal Ramiz 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla