AZ

Energetika naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

Mayın 24-də energetika naziri Pərviz Şahbazov Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Bərdə, Zərdab və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul saat 11:00-dan başlayaraq Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında (ünvan: Ağcabədi şəhəri, H.Əliyev pr. 213A) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]), Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected]) və Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov: əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
6
Mənbələr
Şərh ()
Bağla