AZ

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Bakı, 6 may, AZƏRTAC

Əvvəlki keçid məsələsini və müasir çağırışları nəzərə alaraq ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı Nizami Cəfərov Türk dünyasının ortaq əlifbası üzrə komissiyanın mayın 6-da Bakıda keçirilən ikinci iclasında deyib.

O xatırladıb ki, türk xalqlarının latın qrafikası əsasında olan ümumi əlifbanın istifadə olunmasına keçid məsələsi ilk dəfə olaraq 100 il bundan əvvəl Bakı şəhərində keçirilən Birinci Türkoloji Qurultayda müzakirə olunub.

Atatürk Mərkəzinin direktorunun sözlərinə görə, bugünkü toplantının bir əsrdən sonra Bakıda keçirilməsi rəmzi məna daşıyır.

Ölkəmizdə latın qrafikasına keçidin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran Nizami Cəfərov bildirib ki, 2001-ci ildə imzalanan “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanla Azərbaycanda iki əlifbadan istifadəyə birdəfəlik son qoyulub və latın qrafikasına keçid təmin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla