AZ

Berlində Ukraynaya IRIS-T hava hücumundan müdafiə sistemləri tədarük edilən zavod yanır

Mayın 3-də səhər saatlarında Berlindəki “Diehl Metal Applications” zavodunda yanğın baş verib.

Metalların təmizləndiyi və sinkləndiyi zavod “Diehl” şirkətinin Ukraynaya tədarük edilən IRIS-T hava hücumundan müdafiə sistemlərinin istehsalı ilə məşğul olan “Diehl Metal Applications” şirkətinə məxsusdur.

Editor.az “Tagesspiegel”ə istinadən xəbər verir ki, hələ də yanğının söndürülməsi barədə məlumat yoxdur. Yanğınsöndürmə xidmətinin sözçüsü əməliyyatın bir müddət davam edəcəyini və “hələ yanmağa qadir olan hər şeyin yanacağını” bildirib. Binanın qalıqlarının sökülməsinə bazar ertəsi, mayın 6-da başlanacağı gözlənilir.

Yanğınsöndürənlər mayın 3-də zavodda mis siyanid və sulfat turşusu daxil olmaqla kimyəvi maddələrin alovlanmasından sonra yerli sakinlərə zəhərli tüstünün yayılma təhlükəsi barədə xəbərdarlıq ediblər. Çölə çıxmamaq, pəncərələri bağlamaq tövsiyə olunub.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla