AZ

Visente Del Boskenin yeni iş yeri məlum oldu

Visente Del Boskenin yeni iş yeri məlum olub. Yox, o, hansısa komandanın başına keçməyib.

İspaniya yığmasının sabiq baş məşqçisi bundan sonra yerli futbol qurumunda işləyəcək. “AS” nəşrinin yaydığı xəbərə görə, 74 yaşlı mütəxəssis İspaniya Kral Futbol Federasiyasının (İKFF) Nəzarət Komissiyasına rəhbərlik edəcək. İspaniya 2030-cu ildə keçiriləcək dünya çempionatının 6 təşkilatçısından biridi. Del Boske federasiyanın təşkilatçılıq məsələsində əsas söz sahibi olacaq. Yerli hökumət onun sayəsində İspaniya futbolunun yenidən dirçələcəyinə inanır.

Del Boske karyerası ərzində “Real”ı, “Beşiktaş”ı və İspaniya yığmasını çalışdırıb. “Real”ı iki dəfə La Liqada (2001, 2003), iki dəfə Çempionlar Liqasında (2000, 2002), bir dəfə Avropa Superkubokunda (2002) və Qitələrarası Kubokda (2002) qələbəyə daşıyıb. Onun məşqçi kimi ən böyük uğurları milli komanda ilə bağlıdı: ölkəsinin əsas komandasını 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionluğuna daşıyıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla