AZ

Ukrayna hələ ki, ABŞ-dan təsdiqlənmiş hərbi yardım almadığını deyib

Ukraynanın baş naziri Denis Şmıqal ABŞ Konqresinin Kiyevə təsdiq etdiyi hərbi yardımın alınmasını hazırda təsdiq edə bilməyəcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Şmıqal vurğulayıb ki, Ukrayna vəd edilmiş hərbi yardımı "mümkün qədər tez" alacağını gözləyir.

“Hələlik onların Ukraynada olduğunu təsdiq edə bilmərik, lakin biz bu sursatları, zenit sistemləri və raketləri, digər hərbi texnikanı, xüsusən də uzun və orta mənzilli texnikanı gözləyirik”, - deyə Ukraynanın baş naziri bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla