AZ

“Toyda 2 min manatımı kəsdilər” - Nazənin

“Mən yeganə müğənniyəm ki, toy repertuarım öz mahnılarımdan ibarətdir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva deyib.

İfaçı toylardan birində başına gələn maraqlı hadisədən də danışıb:

“Bir çox müğənnilərin popurilərində mənim mahnılarım da var. Halal xoşları olsun, təki çörək qazansınlar. Toydan çıxıb başqa toya getmək olmur. Bəzən elə mötəbər insan olur ki, mən onunla üz-göz oluram. Mən ona izah edə bilmirəm ki, ansambılla toyum var, toydan çıxa bilmirəm. Buna görə də yarım saatlıq toylara daha çox üstünlük verirəm. Bir dəfə toydan yarım ssatlıq başqa toya qaçdım. Qayıtdım, amma toyun sahibi sonda 2 min manatımı kəsdi. Həmin dəqiqə xəbər vermişdilər. Ondan sonra tövbə etdim ki, ansambılla toy götürsəm, toydan qaçmayacağam”.

Ziyafət Əlisoy

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla