AZ

Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir- ÖZƏL

"Üç ildən artıqdır ki, Qarabağ münaqişəsi tarixə qovuşub. Azərbaycan 44 gündə 30 ilin işğalına son qoymaqla gücünü, bütün imkanlarını nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib: "Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu torpaqlarımız erməni vəhşiliklərinin təqdimatında mühüm rol oynayır.  Azərbaycan ötən il ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yeni reallıqlar yaratdı. Ermənistana və ona havadarlıq edənlərə sübut olundu ki, ədalət və beynəlxalq hüquq mövcuddur və onların icrasına nail olmaq üçün səylər göstərmək, sonadək mübarizə aparmaq lazımdır. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Bu gün dünyanın gələcəyinin Azərbaycanda müzakirə olunması məhz ölkəmizin xarici siyasətinin dəyişməz prinsiplərinə əsaslanır. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Heç bir dövlətin daxili işinə müdaxilə etmir, öz daxili işinə də müdaxiləni yolverilməz hesab edir. Uğurlarımız, həmçinin möhkəm təmələ, düşünülmüş siyasətə, eyni zamanda, hər dövrün çağırışlarının düzgün dəyərləndirilərək reallıqda əksini tapmasına əsaslanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla