AZ

"Almatı görüşü bizi sülhə bir qədər də yaxınlaşdıracaq" - Politoloq

"Azərbaycan-Qazaxıstan XİN başçıları arasında növbəti görüşün Qazaxıstanın Almatı şəhərində keçirilməsi elə sülhün carçısıdır".

Bu sözləri "Operativ Media"ya açıqlamasında politoloq Fikrət Əliyev bildirib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir müddətdir sülh şəraiti hökm sürür:

"Bakı və İrəvan Almatı Bəyannaməsi əsasında delimitasiya işlərinin aparılmasına razılaşıblar və işlər sürətlə davam etdirilir. 

Demək olar ki, 35-dən artıq sərhəd dirəyi quraşdırılıb.

Həmçinin hər iki ölkə bir-birinə qarşı ərazi iddialarından əl çəkdiyini də bu bəyannamə ilə təsdiq edir. 

İndi xarici işlər nazirlərinin Almatıda görüşməsi də sülh prosesində sürətlə irəlilədiyimizi göstərir. Ümid edirik, Ermənistan heç bir kənar qüvvənin təsiri ilə təxribatçı hərəkətlər etməz. Başlanılan sülh prosesi uğurla davam etdirilər və yekunda müqavilə imzalanar. Bütün bunlar artıq möcüzə kimi görünmür və biz buna çox yaxınıq".

"Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya işlərini hər hansı vasitəçi olmadan aparır. Burada isə biz heç bir problemin olmadığını müşahidə edirik. Deməli vəziyyəti dəyişənlər üçüncü tərəflərdir və onların prosesə müdaxiləsinə icazə vermək olmaz. Bu səbəbdən Ermənistan da Azərbaycan kimi güclü iradə nümayiş etdirməlidir", - o, qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla