AZ

ABŞ: "Çinə qarşı dərhal tədbir görməliyik"

ABŞ-ın Hind-Sakit Okean Qüvvələrinin yeni komandiri Paparo, Çinlə bağlı "İndi təcili olaraq hərəkətə keçməliyik" dedi.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Hind-Sakit Okean Qüvvələrinin (INDOPACOM) yeni komandanı admiral Samuel Paparo bəyan edib ki, Çinin genişlənən regional təsirləri qarşısında çəkindirmə qabiliyyəti artırılmalıdır.

INDOPACOM saytında verilən açıqlamaya görə, admiral Paparo INDOPACOM-un 27-ci komandiri vəzifəsini admiral Con Akvilinodan alıb. Paparo təhvil-təslim mərasimindəki çıxışında bildirib ki, Çinin genişlənən regional təsirləri qarşısında ölkəsinin müttəfiq hesab etdiyi ölkələrlə əməkdaşlıqda çəkindirmə qabiliyyəti artırılmalıdır.

“Azad və Açıq Hind-Sakit Okeanı” vurğulayan Paparo komandanlığın Çinin müdaxiləçi və genişlənmə planlarına cavab verməyə hazır olması lazım olduğunu vurğulayıb. "USINDOPACOM mövcud strateji mühiti ölkəmizin, müttəfiqlərimizin və tərəfdaşlarımızın xeyrinə formalaşdırmağa unikal şəkildə hazırdır. Biz indi təcili olaraq hərəkət etməliyik", - Paparo bildirib.

Mərasimdə çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin missiyası "21-ci əsrdə ABŞ-ın təhlükəsizliyinin mərkəzində olan" INDOPACOM-un "fəaliyyətin prioritet sahəsində nəzarət etdiyini" bildirib.

"Çin Hind-Sakit Okean hövzəsində hökmranlıq etmək və qlobal nizamı öz avtokratik baxışlarına uyğunlaşdırmaq üçün yenidən formalaşdırmaq iradəsi və qabiliyyəti olan yeganə ölkədir" dedi nazir Ostin.

INDOPACOM saytının məlumatına görə, komandanlıq 38 ölkəni və dünya əhalisinin 50 faizindən çoxunu əhatə edən Hind-Sakit okean regionunda ABŞ-ın hərbi fəaliyyətinə görə məsuliyyəti öz üzərinə götürür.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla