AZ

"Səfir bu addımı ilə ABŞ-nin nüfuzuna zərbə vurur" - Hərbi ekspert

“ABŞ səfiri Azərbaycana yeni gələndə hansı rayonumuzda dadlı yemək yeyəcəyi barədə sosial şəbəkədə status yazmışdı. Onda mən səfir Libbiyə azad olunmuş ərazilərimizə səfər edib dadlı təamlardan yeməyi təklif etmişdim. Amma səfir hələ də Azərbaycanın azad etdiyi əraziləri ziyarət etmək niyyətində deyil”.



Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin Şuşaya niyə səfər etməməsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.


O qeyd edib ki, səfirin söylədikləri dərin təəssüf hissi doğurur:

"Çünki ABŞ Dövlət Departamentinin katibi dəfələrlə Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Azərbaycan ABŞ-ın antiterror fəalliyyətlərinə, NATO çərçivəsində Əfqanıstanda keçirdiyi əməliyyatlara dəstək verib, öz hava məkanını NATO üçün açıb. Əfqanıstanın Pakistanla sərhədində “Taliban” Kabilə doğru yürüşə hazırlaşarkən ABŞ ordusu əfqan xalqını qoyub qaçdı. Azərbaycan hərbçiləri isə türk ordusu bölmələri ilə birlikdə öz vəzifələrini yerinə yetirdi, bir çox ölkələrin diplomatik heyətinin sağ-salamat Kabildən çıxmasına şərait yaratdı.
Görünür, cənab Libbi bu faktları bir qədər unudub, ya da ona bunu xatırlatmayıblar. Digər tərəfdən isə çox sayda diplomatlar, ölkə prezidentləri belə Azərbaycanın azad etdiyi ərazilərə səfər edib. Cənab Libbi bu şəxsləri təhqir etmək hüququna malik deyil. Hesab edirəm ki, həmin ölkələrin rəhbərləri də Libbiyə öz etirazlarını bildirəcəklər”.

Ə.Verdiyev ABŞ səfirinin bir dəfə də olsun erməni işğalını dilə gətirmədiyini bildirib:

“Cənab səfir Libbinin Azərbaycan ərazilərini işğal edən Ermənistanı bir dəfə də olsun ki, işğalçı kimi tanınmaması, azad olunan ərazilərə səfər etməməsi bir daha onu göstərir ki, o, öz fəaliyyətində ölkəsinin nüfuzuna ziyan vurur. Bu cür davranış ABŞ-Azərbaycan münasibətlərinə heç bir müsbət töhfə vermir”.
Qeyd edək ki, ABŞ səfiri Mark Libbi Şuşaya niyə getmədiyi haqda bunları deyib: "İndiyədək, Azərbaycanın bir neçə regionunda səfərdə olmuşam. Bunu siyasi səbəbləri yoxdur. Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir. Mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm. Odur ki, bunu etməyin vaxtı gələndə, edəcəyəm”.

Vasif Əlihüseyn
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla