AZ

İlqar Fəhmi: "AYB-ni tənqid eləyənlərin 90%-i..."

"AYB-ni tənqid eləyənlərin 90%-i buranın bütün imtiyazlarından yararlananlardır..."

Kulis.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi AYB-nin Birliyə qəbul məsələləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, birliyin məsul şəxsləri onların tənqid olunduğu sosial şəbəkələrdən istifadə etmirlər:

"Kimin kimdən xoşu gəlmir, başlayır tənqidə. Azlıq çox aktiv olanda adama çox görünür. O tənqidlərin çoxundan heç xəbərimiz olmur. Çünki biz o platformalarda yoxuq. Azərbaycanda onlarla təşkilat var ki, heç kimin yadına düşmür. Ayb aktual olduğuna görə adı hallanır. Birliyə təkcə yazıçılar, şairlər yox, ədəbiyyatı işıqlandıran jurnalistlər, bölgələrdə özünü ədəbiyyata həsr eləyən könüllülər də qəbul olunur..."

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla