AZ

ABŞ səfiri Füzuli və Şuşaya səfər edib – Fotolar


ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və həyat yoldaşı Danuşa Libbi Füzuli və Şuşaya səfər ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Səfirliyin rəsmi sosial media hesablarında məlumat dərc olunub.
“Səfir və Danuşa Libbi bu gün Füzuli və Şuşaya səfər ediblər. Səfir burada hökumət nümayəndələri ilə görüşüb, Şuşa qalasını, Xurşidbanu Natəvanın ev muzeyini, Xan qızı bulağını, Vaqif məqbərəsini və Cıdır düzünü gəzib, həmçinin Səfirliyin dəstəklədiyi İngilis dili proqramlaşdırmasında iştirak etmiş yerli təhsil işçiləri ilə görüşüb”, - məlumatda deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
20
Mənbələr
Şərh ()
Bağla