AZ

Konqresmen: “Ukraynanın çökməsinə imkan verə bilmərik”

“Amerika Birləşmiş Ştatları Ukraynanın münaqişədə məğlub olmaısna imkan verə bilməz. Ona görə də Vaşinqtonun Kiyevə dəstək məqsədilə qoşun göndərərək baş verənlərə birbaşa müdaxiləsi mümkündür”.
Sosial.tv xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokrat azlığın lideri Hakim Cefris deyib.
Konqresmen həmçinin Respublkaçılar Partiyasında Rusiyayönümlü fraksiyanın getdikcə daha çox nüfuz qazanmasından narahat olduğunu bildirib. Onun sözlərinə görə onlar (Rusiyayönümlü respublikaçı konqresmenlər) Ukraynanı dəstəkləmək istəmirlər və “nədənsə Rusiyanın Amerika Birləşmiş Ştatlarının düşməni olmadığına inanırlar. Ceffris hesab edir ki, bu fraksiyaya Marjorie Taylor-Qrin rəhbərlik edir.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla