AZ

Putin ov zamanı qəddarlığı ilə Berluskonini şoka salıb

Tanınmış italyan siyasi xadim, mərhum Silvio Berluskoninin Rusiya prezidenti Vladimir Putinlə maraqlı xatirəsi yayımlanıb.
Sosial.tv xəbər verir ki, hadisəni Berluskonin həmkarı olmuş 83 yaşlı siyasətçi Fabrizio Sisitto “Corriere della Sera” nəşrinə müsahibəsində danışıb. Məlumata görə Berluskoni 2013-cü ildə Putinin qonağı olarkən Rusiya prezidenti ona ova getməyi təklif edib. Dostlar Putinin nəhəng malikanəsinin ərazisində ov axtararkən iki maral görsənib. Putin Berluskoniya maralları ovlamağı təklif etsədə italyan siyasətçi heyvana atəş açmayıb. Putin isə hər iki maralı vurub. Rusiya prezidenti vurduğu marallardan birinin ürəyini kəsib çıxarıb və qanlı ürək parçasını taxta nimçədə Berluskoniyə təqdim edib. Hadisə barədə Berluskoni Sisittoya “mən şoka düşdüm, ağacların arxasına keçərək qusdum. Vladimir mənə elə bir mehriban və ağıllı adamda təsəvvür edə bilmədiyim zorakı xarakter göstərdi” deyib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla