AZ

"Neftçi"nin "Qarabağ" boyda problemi - Antirekord təkrarlandı

"Neftçi" antirekordunu təkrarlayıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə səfər oyunlarında 23 qol buraxıb.

Bu rəqəm XXXIII turun “Qarabağ”la matçından sonra yüksək həddə çatıb. Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antirekordunu təkrarlayıb.

“Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə səfərdə ən çox qolu 2013/2014 mövsümündə buraxıb.

Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla