AZ

Ukrayna Xarici İşlər Nazirliyi Avropada yeni silahlanma yarışının başladığını açıqlayıb

Regionda yeni silahlanma yarışının başlaması ilə əlaqədar Avropa Birliyi müharibə iqtisadiyyatına keçməli olur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Brüsseldə keçirilən Aİ-Ukrayna Müdafiə Sənayesi Forumunun iştirakçıları ilə videoformatda çıxış edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Onun sözlərinə görə, Aİ-də sülhü qorumaq üçün müharibə dövrü iqtisadiyyatına və sənayesinə keçmək lazımdır.

Agentlik Kulebadan sitat gətirib: “Biz bundan xəbərdar olsaq da, olmasaq da, istəsək də, istəməsək də, yeni silahlanma yarışına girmişik”.

Onun sözlərinə görə, prioritet vəzifələrdən biri Aİ ölkələrinin silahlarını ümumi standartlara çatdırmaqdır.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, hazırda fransız güllələri yalnız fransız silahları üçün uyğundur, eyni şey Almaniya və Polşa silahlarına da aiddir. Ukraynalı nazir həmçinin silah sektorunda uzunmüddətli müqavilələrə və planlaşdırmaya keçidin, həmçinin Aİ ilə Ukrayna müdafiə sənayesi arasında əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
Mənbələr
Şərh ()
Bağla