AZ

İrkutsk vilayətində yanğın baş verib

İrkutsk vilayətinin Vixorevka şəhərindəki yay düşərgəsində yanğın baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bratsk vilayətinin meri Aleksandr Dubrovin öz "Telegram" kanalında məlumat verib.

O qeyd edib ki, yanğının söndürülməsi çətin və təhlükəli olub. Güclü küləklər və quru hava yanğının dərhal bitki örtüyü və tərk edilmiş binalar vasitəsilə yayılmasına səbəb olub. Yanğının yayılma təhlükəsi ilə əlaqədar düşərgə sakinlərinin təxliyyəsinə başlanılıb, onlar üçün avtobuslar hazırlanıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və könüllüləri yanğının söndürülməsi üçün hadisə yerində işləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
Mənbələr
Şərh ()
Bağla