AZ

Medvedev hədələdi: Qərb paytaxtlarına nüvə zərbəsi endirəcəyik

Rusiya Qərb qoşunlarının Ukraynaya göndərilməsinə Vaşinqton, Paris və Londona nüvə zərbəsi ilə cavab verəcək.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Qoşunlarınızı keçmiş Ukrayna ərazisinə göndərmək onların ölkələrini birbaşa müharibəyə sövq etməsi ilə nəticələnəcək və biz buna cavab verməli olacağıq. Təəssüf ki, keçmiş Ukrayna ərazisində deyil. Qlobal fəlakət baş verəcək”, - deyə Medvedev teleqram kanalında yazıb.

O xəbərdarlıq edib ki, Qərb elitaları Kapitoliya təpəsində, Elize Sarayında və Dauninq-strit 10-da Rusiyanın cavabından qaça bilməyəcək. “Yeri gəlmişkən, Kennedi və Xruşşov bunu 60 ildən çox əvvəl başa düşə biliblər. Amma Qərbdə hakimiyyəti ələ keçirmiş indiki infantil axmaqları sadəcə başa düşmək istəmirlər”, - deyə Medvedev vurğulayıb.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla