AZ

“Ermənistan Azərbaycanla uzanan münaqişəyə son qoymağa hazırdır”- MİRZOYAN

“Ermənistan Almatıda Azərbaycan tərəfi ilə regionda nəqliyyat infrastrukturunun və ticarət yollarının açılması məsələsini müzakirə etmək niyyətindədir”.

Azpost.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Biz nəqliyyat infrastrukturunun açılmasını istərdik, amma hələlik ümumi razılıq yoxdur. Əgər razılaşma olsa, o zaman Ermənistanın niyyəti heç bir məhdudiyyət olmadan yolları və ticarət nəqliyyatını açmaqdır”, – Mirzoyan deyib.

O qeyd edib ki, Ermənistan Azərbaycanla uzanan münaqişəyə son qoymağa və iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına yönəlmiş konstruktiv danışıqları davam etdirməyə hazırdır.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti danışıqlar mayın 10-da Almatıda keçiriləcək.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla