AZ

Qərb səhvini başa düşdü: Silah Ukrayna ərazisində istehsal edilməlidir

Avropa İttifaqının diplomatik missiyasının rəhbəri Xosep Borrel bildirib ki, Ukrayna Silahlı Qüvvələri üçün silah Ukrayna ərazisində istehsal olunmalıdır.

Publika.az xəbər verir ki, Borrelin fikrincə, nəqliyyat xərclərinə qənaət etmək üçün silah istehsalı Avropa Birliyi tərəfindən maliyyələşdirilməli və Avropa firmalarının iştirakı ilə baş tutmalıdır.

“Silahlar müxtəlif Avropa şirkətlərinin dəstəyi ilə Ukrayna ərazisində istehsal edilməlidir. Bu cür hərəkətlər nəqliyyat xərclərinə qənaət etməyə və lazım olan yerdə silah istehsal etməyə kömək edəcək”, - Borrell bildirib.

Onun fikrincə, Avropa ölkələri Kiyevi istehsalı genişləndirmək üçün vasitələrlə təmin etməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla