AZ

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı yeni sanksiyalar üzərində çalışdıqlarını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə De Sutter "X" sosial media platformasında İsrailin Rəfaha mümkün quru hücumu ilə bağlı açıqlama verib.

Belçikalı rəsmi xəbərdarlıq edib ki, “İsrailin Rəfah bölgəsindən fələstinliləri göndərmək çağırışı və elan edilən işğal qırğına səbəb olacaq”.

Belçikanın İsrailə qarşı yeni sanksiyalar üzərində çalışdığını bildirən De Sutter Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşəcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla