AZ

İşğal təhlükəsi davam edir - FOTOlar

Bugünkü bəyanatda İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinin boşaldılmasına başlandığını açıqlayıb.

News24.az Ntv-yə istinadən xəbər verir ki, İsrail qüvvələri gözlənilən quru əməliyyatından əvvəl bu gün Rəfahı bir daha havadan bombalayıb.

Qəzza mülki müdafiə rəsmisi AP xəbər agentliyinə verdiyi açıqlamada İsrailin gecə boyu Rəfah şəhərində 10 binanı hədəf aldığını, ölən və yaralananların olduğunu bildirib.

İsrail ordusundan verilən açıqlamada, “Rəfahdan 100 min adamın daşınması lazım olduğu düşünülür” deyilib.

Sakinlər ərəb mətn mesajları, telefon zəngləri və flayerlərlə bildirilib ki, İsrail ordusu onlara 20 km uzaqlıqdakı “genişlənmiş humanitar zona” adlandırdığı yerə köçmək göstərişi verib.

Bəzi şahidlər bildiriblər ki, Rafah və İsrailin insanları köçürmək istədiyi ətraf ərazilər artıq izdihamla dolu olub və daha çox çadır üçün demək olar ki, yer qalmayıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla