AZ

ƏFSANƏVİ KƏŞFİYYATÇI ORXAN ƏKBƏROVUN QARDAŞI DÜNYASINI DƏYİŞİB

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə ağır itki üz verib...

Bu barədə Tezadlar.az-a şəhid Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun həyat yoldaşı Nuranə Əkbərova məlumat verib.  Belə ki, O.Əkbərovun kiçik qardaşı Taleh Əkbərov dünyasını dəyişib. O, Biləsuvarda qardaşı Orxan Əkbərovun məzarının yanında dəfn edilib. 

"Təzadlar" xatırladır ki, polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Orxan Əkbərov 2020-ci ilin oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla təltif edilib. Prezidentin Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı yüksək adına layiq görülüb.

Y.Məmmədli

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla