AZ

Keniyada sel nəticəsində 228 nəfər ölüb

Keniyada sel nəticəsində həyatını itirənlərin sayı 228-ə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökumət sözçüsü İsaak Mvaura məlumat verib.

Mwaura daşqınlar zamanı 164 nəfərin yaralandığını, 72 nəfərin itkin düşdüyünü, 212 min 630 nəfərin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Rəsmilər Hidaya qasırğasının yaxınlaşması ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Güclü yağış və küləyin güclənəcəyini bildirən səlahiyyətlilər vətəndaşları diqqətli olmağa və təxliyyə işlərini sürətləndirməyə çağırıb.

Qeyd olunub ki, seldən zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla