AZ

Bütün uğurlarımızın təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub - Fikrət Əliyev

“Bu gün bütün ərazilərində dövlət suverenliyini bərpa edən, eyni zamanda dunyada, xüsusilə də Türk dünyasında aparıcı rol alan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Təbii ki bütün bunların, həyata keçirilən uğurlu siyasətin, atılan düşünülmüş və genişspektrli addımların mərkəzində eyni zamanda lider qətiyəti dayanır. Məhz cənab Prezident İlham Əliyevin əzmkarlığı və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin davam etməsi sayəsində Azərbaycan nəinki müstəqillik dövründən sonra, ümumilikdə son 200 ildən artıq bir dövrdə əldə edilə bilməyən bir uğura, tarixi zəfərə imza atıb”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib.

F.Əliyev bildirib ki, biz bu uğurları təqdir etməklə yanaşı bir məqamı da xüsusi qeyd etməliyik: “Bütün bu uğurların, əldə etdiyimiz bütün nailiyyətlərin təməli məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu, inkarolunmaz bir həqiqətdir. Çünki Ulu Öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci dövründə, yəni sovetlər dönəmində, istərsə də ikinci dövründə atdığı hər bir addım, imzaladığı hər bir qərar Azərbaycanın gələcəyinin daha da güclü olmasına hesablanıb. Həmçinin, məhz Ulu Öndərin zamanında atdığı hər bir addım bugünkü tarixi zəfərimizin özül daşını qoyub”.

F.Əliyev deyib ki, bununla bağlı çoxsaylı misallar çəkmək olar: “Ancaq mən cəmi bir neçə faktı deməklə, Heydər Əliyevin Azərbaycan xalqı və dövləti, o cümlədən Türk dünyası qarşısında tarixi xidmətlərini bir daha yada salmaq istəyirəm. Ulu Öndər hakimiyyətinin hər iki dövründə Azərbaycanın iqtisadi imkanlarının artması üçün səylər göstərib və misilsiz işlər görüb. Onun qətiyyəti sayəsində sovetlər dönəmində keçmiş ittifaq əhəmiyyətli bir çox mühüm zavod və fabriklərin Azərbaycanda tikilməsinə nail olunub ki, bu da Azərbaycanı keçmiş SSRİ daxilində geridə qalmış aqrar respublikadan inkişaf etmiş respublikaya çevirib. O dövrdə əsası qoyulan iqtisadi inkişaf isə Ulu öndərin müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə yeni dövrün tələblərinə uyğun olaraq davam etdirilib. “Əsrin müqaviləsi” ilə əsası qoyulan iqtisadi inkişaf siyasətimiz Azərbaycanı regionun lider dövlətinə çevirib”.

Qeyd olunub ki, Ulu öndərin xalqımız qarşısında digər misilsiz xidməti kadrların yetişdirilməsi ilə bağlı olub: “Böyük strateq, uzaqgörən şəxsiyyət Azərbaycanın gələcəkdə öz milli kadrları ilə inkişaf etməsi, irəli getməsi üçün iki sahədə tarixi addım atıb. Birincisi, Azərbaycan gənclərinin keçmiş SSR-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, ikincisi isə gələcəkdə milli peçəkar hərbi kadrlarımızın olması üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması. Hələ Sovet hakimiyyətinin ən sərt dövründə Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu gün gənclərin təhsil aldıqları xüsusi təyinatlı təhsil müəsissəsinin əsası 1971-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyulub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrların hazırlanmasında və o dövrdə ali hərbi məktəbləri bitirənlərin müstəqillik illərində Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna dərəcədə rolu vardır. Hazırda Azərbaycan Ordusunun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır. Ulu Öndər eyni zamanda, Azərbaycanda yenidən siyasi hakimiyyətə gələndən sonra ordu quruculuğunu başlıca prinsip elan edərək, bu istiqamətdə misilsiz addmlar atdı. Həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğura davam etdirilməsi nəticəsində isə Azərbaycan güclü və yüksək peşakarlığa malik Silahlı Qüvvələrə malikdir. Bu gün Azərbyacan Ordusu öz adını Qalib Ordu kimi dünya hərb tarixinə yazdıra bilib”.

F.Əliyev vurğulayıb ki, Ulu Öndərin misilsiz tarixi xidmətlərindən biri də Azərbaycanın da təmsil olunduğu Türk dünyası ilə bağlıdır: “Sovetlər dönəmində Orta Asiyanın türk respublikalarının rəhbərləri ilə dost-qardaş münasibəti quran Heydər Əliyev müstəqillik dövründə də bu istiqamətdə inamlı addımlar atdı. Məhz Ulu Öndərin bu addımları Türk dünyasının inteqrasiyasının əsasını qoydu. Bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsi olaraq 2009-cu ildə Naxçıvanda Türk Şurasının əsası qoyuldu. 2021-ci il noyabrın 12-də İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VIII Zirvə Görüşündə dünyanın siyasi sistemində önəmli bir platformaya çevrilməkdə olan Türk Şurasının artıq Türk Dövlətləri Təşkilatı (TDT) adı ilə fəaliyyətini davam etdirməsi haqqında qərar qəbul ediməsi ilə Türk dünyası ailəsi yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün “Bizim ailəmiz Türk dünyasıdır” deyə bəyan edən Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın öncüllüyü ilə TDT hər keçən gün daha da güclənir”.

SƏBİNƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
50
Mənbələr
Şərh ()
Bağla