AZ

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı (YENİLƏNİB)

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib.

Bu barədə MilliYol.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

13.10

Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində sümük fraqmentləri aşkar edilib.

Bu barədə MilliYol.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

 


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
320
23
Mənbələr
Şərh ()
Bağla