AZ

Almaniya 786 min elektrikli avtomobil ixrac edib

Ötən il Almaniya 786 min elektromobil ixrac edərək 36 milyard avroluq gəlir əldə edib.

Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, bununla bağlı Almaniya Federal Statistika İdarəsi (Destatis) ölkənin 2023-cü il üçün elektromobil xarici ticarət hesabatını açıqlayıb.

Hesabata görə, ötən il Almaniyanın elektrikli avtomobil ixracatı əvvəlki illə müqayisədə 58 faiz artaraq 786 minə çatıb.  

Eyni zamanda alman elektrik avtomobillərinin alışına görə birinci yerdə 15,6 faizlə Hollandiya, ikinci yerdə 13,4 faizlə Böyük Britaniya və üçüncü yerdə isə 12,4 faizlə Belçika yer alıb. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla