AZ

Leyla Axundova: Heyvanlar işgəncə verənlərə cinayyət işi açılmalıdır

Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanır. Layihədə fiziki və hüquqi şəxslər tərəfindən heyvanların saxlanması, onlarla davranış zamanı yaranan münasibətlərin hüquqi əsaslarının müəyyən edilməsi nəzərdə tutulur.Qanun layihəsi heyvanlarla davranışda qəddarlıq hallarının və belə hallara cəmiyyətin laqeydliyinin aradan qaldırılması məqsədilə hazırlanır.

Yeni layihəni "Sherg.az"a dəyərləndirən BARS Sahibsiz Heyvanlara Qayğı İctimai Birliyin rəhbəri Leyla Axundova diqqətə çatdırıb ki, bu qanun çoxdan qəbul olunmalı idi:
"Son dövrlər dünyada və Azərbaycanda heyvanlara işgəncə edənlərin sayı kifayət qədərdir. Küçə heyvanlarını döymək, qorxutmaq, maşınla vurub arxaya belə baxmadan keçib getmək və digər nümunələr heyvanlara şiddət göstəricisidir.Bu səbəbdən həmin şəxslərə sərt cəzalar tətbiq olunmalıdır. Çünki  qanun olmadıqda insanlar qorxmur, əməllərini davam etdirirlər. Hazırda heyvanlara işgəncə verən şəxslər 500 manatadək cərimələnir. Ancaq canlı varlığın həyatı 500 manat dəyərində olmamalıdır. Buna görə həmin adamlara cinayyət işi açılmalıdır ".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla