AZ

Rusiya daha iki ərazini ələ keçirdi

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada son gündə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib.

News24.az xəbər verir ki, açıqlamada Qərb hərbi birləşmələrinin Xarkov vilayətindəki Kotlyarovka qəsəbəsini ələ keçirdiyi, “Mərkəzi hərbi birləşmələrin Donetsk Xalq Respublikasının Solovyevo qəsəbəsini də azad etdiyi” bildirilib. 

Rusiyanın operativ-taktiki aviasiya bölmələrinin, raket və artilleriya bölmələrinin Ukraynada 2 pilotsuz uçuş aparatı (PUA) istehsalı müəssisəsini məhv etdiyi, Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcısının vurulduğu bildirilib. 

Həmçinin, ABŞ istehsalı olan HIMARS-dan atılan 23 Ukrayna İHA və 7 raketin vurulduğu, Qara Dəniz Donanması qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinə məxsus 5 pilotsuz dəniz vasitəsini məhv etdiyi bildirilib. 

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla