AZ

“ABŞ və Avropa Birliyi hərəkətə keçir, tezliklə...” - Abovyan

Tezliklə ABŞ və Avropa Birliyi Ermənistanda hakimiyyətə qarşı aksiyalar və yürüşü yatırmaq üçün hərəkətə keçəcək.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.

“Hələlik hökumət etiraz aksiyaları ilə bağlı heç nə eləmir, özünə qarşı real təhlükənin səviyyəsini anlamağa çalışır. Düşünürəm ki, tezliklə hökumətin avropalı və amerikalı dostları tərəfindən etiraz yürüşünü qınama bəyanatlarını eşidəcəyik. Bu da öz növbəsində etirazları güc yolu ilə yatırmaq üçün əsas olacaq”, - ekspert bildirb.

Mayın 4-də Tavuşdan İrəvana yürüş başlayıb. Azsaylı elektoratın iştirakı ilə keçirilən təxribatçı aksiya Azərbaycanla sülh və delimitasiya prosesinin dayandırılması məqsədilə təşkil edilib. Aksiyaçılar erkən seçki və hakimiyyətin dəyişdirilməsi ilə bağlı şüarlar da səsləndirirlər. Təxribata keşiş Baqrat Qalstanyan rəhbərlik edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla