AZ

İranda silahlı qarşıdurmalar artıb

İranın Sistan və Bəlucistan bölgəsində növbəti dəfə silahlı qarşıdurma baş verib.

“Cebhe.info” xəbər verib ki, mayın 4-ü gecə saatlarında Zahidan şəhərinin Kövsər küçəsində baş verən silahlı atışmada bir nəfər ölüb, üç nəfər isə yaralanıb. Məlumata görə, İranın hökumət mediası qarşıdurmanın şəxsi zəmində olduğunu iddia edib. Ancaq etnik bəluçlarla bağlı xəbərləri işıqlandıran bir sıra “Telegram” kanalları silahlı toqquşmanın təhlükəsizlik qüvvələri ilə mülki geyimli şəxslər arasında olduğunu bildirib. Hələlik ölən və yaralananların təhlükəsizlik qüvvlərindən və ya mülki şəxslərdən olduğu bəlli deyil. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla