AZ

Taksidən sonra növbə avtobuslarda: “Qərar qəbul edilməlidir ki…”

Bakıda taksi tapmaq olmur.

Bu, sadəcə pik saatlarda deyil, normal saatlarda belə artıq ciddi problemə çevrilib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə,  taksi qiymətləri də ortalama 30-50% artıb. Metroya isə sıxlıq ucbatından minmək olmur. Avtobusların hərəkəti  sanki heç bir qaydayla tənzimlənmir, sərnişinlər uzun müddət gözləməli olurlar.  

Belə bir vəziyyətdə taksilərlə bağlı iyulun 1-dən qüvvəyə minəcək dəyişikliklərin sərnişindaşımada vəziyyəti ciddi şəkildə dəyişəcəyi gözlənilir. 

Mövzu ilə bağlı iqtisadiyyatcı-alim Vüqar Qocayev "Cebhe.info"- ya açıqlamasında bildirib ki, Bakı şəhərindəki ictimai nəqliyyat problemi keçmiş Nəqliyyat Nazirliyinin etdiyi xətalardan qaynaqlanır:

"Nəqliyyat sahəsində nöqsanlar 90- cı illərin sonlarından başlayaraq indiyə qədər artır. Ləğv edilmiş Nəqliyyat Nazirliyi takslərlə bağlı qərar qəbul etməyə çalışsa da, bunu bacarmadı. Sonralar ölkəyə rəqəmsal taksi xidməti gəldi (Bolt, UBER), taksidə olan məsələlər başlanğıcda həll edilsə də,  sonralar qəbul qaydaları sadələşdirildiyi üçün hər kəs, hətta narkomanlar da taksi fəaliyyəti ilə məşğul oldular. Bu, həm avtomobillərin sayını artırdı, həm də taksi xidmətinin keyfiyyətini aşağı endirdi. Bu baxımdan, taksidə olan nöqsanlar digər nəqliyyat sahələrinə də öz təsirini göstərdi". 

İqtisadiyyatçı vurğulayıb ki, ictimai nəqliyyat sahəsindəki xaotik vəziyyət tədricən aradan qalxacaq:

"İctimai nəqliyyat sahəsində kifayət qədər nöqsanlar olsa da, son vaxtlar ölkəyə yeni avtobusların gətirilməsi nisbətən ictimai nəqliyyatda olan problemlərə müsbət təsir edib. Lakin şəhərdə olan sıxlığın qarşısını almaq üçün avtobusların sayını artırmaq kifayət etmir. Bu məsələdə ölkə səviyyəsində ciddi addım atılmalıdır. Taksilər haqqında qəbul edilmiş qərara bənzəyən qərar nümunəsində bunu etmək olar". 

İqtisadiyyatçı qeyd edib ki, taksilər haqqında qərar 5 il öncə qəbul edilməli idi:

"Bu qərar sürücülərin əleyhinə olsa da, ona böyük ehtiyac var. Çünki nəqliyyat sahəsindəki xaotik vəziyyət daha da qabarır və qarşısı alınmalıdır”. 

O ələvə edib ki, taksilər haqqında qəbul edilmiş qərar ölkəyə yeni avtomobillərin idxalını artıracaq: "Köhnə taksilər xəttdən çıxdıqdan sonra ölkəyə yeni avtomobillər gətiriləcək. Bu da ölkə daxilində köhnə avtomobillərin qiymətini aşağı salacaq. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
243
50
Mənbələr
Şərh ()
Bağla